Bu gün Misli Premyer Liqasının 2026/27 mövsümünə start veriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.
Turun və mövsümün açılış oyunu “Turan Tovuz”la “Qəbələ” arasında baş tutacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüşün baş hakimi Tural Qurbanov olacaq.
Misli Premyer Liqası
1-ci tur
14 avqust
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu, 19:30
