“Qəbələ” braziliyalı futbolçu Edson Eduardonun transferi üçün İslandiyanın “Vestri” klubuna təzminat ödəyib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı mərkəz müdafiəçisinin “Vestri” ilə müqaviləsi qüvvədə olduğundan, “qırmızı-qaralar” qarşı tərəfə ödəniş edib (məbləğ açıqlanmır – red.). Məlumatda o da qeyd olunub ki, həmin təzminat məbləğinin kiçik bir hissəsi oyunçunun yetirməsi olduğu “Vitoriya” klubuna çatacaq.
Belə ki, Edson 2018-2022-ci illərdə “Vitoriya”nın müxtəlif yaş qruplarında çıxış edib. O, klubun U-17, U-20 və U-23 komandalarında forma geyinib.
Qeyd edək ki, Edson Eduardo “Qəbələ” ilə 3 illik müqavilə bağlayıb.
