Ukrayna millisinin futbolçusu Aleksey Qutsulyakın “Neftçi”yə keçidi məsələsi hələ də qüvvədədir.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 28 yaşlı vingerlə danışıqlar yenidən bərpa olub.
“Ağ-qaralar”ın ayda 50 min dollarlıq təklifini rədd edərək, 70 min avroluq tələblə çıxış edən Qutsulyakı Azərbaycan təmsilçisi razı salmağa çalışır. Tərəflər maaşda ortaq məxrəcə gələ bilsələr, futbolçu tezliklə Bakıya gələrək “Neftçi” ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, son klubu “Polissiya”dan yeni ayrılan Aleksey Qursulyak hazırda azad agentdir.
