Ümumdünya Boks Təşkilatı yarımağır çəkidə rusiyalı dünya çempionu Dmitri Bivolu titulunu britaniyalı müvəqqəti çempion Kallum Smitə qarşı müdafiə etməyə məcbur edib.
Tərəflərə döyüşlə bağlı razılığa gəlmək üçün 20 gün vaxt verilib. Razılaşma əldə olunmasa, promouter hərracı keçiriləcək. Boksçulardan hər hansı biri zədə və ya digər səbəbdən döyüşə çıxa bilməsə, titul ləğv edilə bilər.
Xatırladaq ki, Bivol sonuncu görüşünü mayın 30-da almaniyalı Mixayel Ayfertiyə qarşı keçirib və hakimlərin yekdil qərarı ilə qalib gələrək karyerasında 25-ci qələbəsini qazanıb.
