Kiyev “Dinamo”sunun futbolçusu Volodomir Brajko Konfrans Liqasında “Qarabağ”a məğlubiyyətdən sonra fikirlərini bildirib.
Yarımmüdafiəçi Bakıda 0:2 hesabıyla bitən matçı belə şərh edib: “Mənfi emosiyalar var. Təəssüf ki, Avropaya erkən vida etdik. Çox çətin oyun oldu. Birinci hissədə pis çıxış etdik və qol buraxdıq. Görüşün ilk 30 dəqiqəsində toparlana bilmədik. Fasilədən sonra oyunumuzu bir az dəyişdirə bilsək də, alınmadı. Yaxşı qol fürsətim var idi, dəyərləndirsəydim, fərqli olardı. Özümü günahkar hiss edirəm, azarkeşlərdən üzr istəyirəm”.
Xatırladaq ki, Polşada 0:1 hesabı ilə uduzan “Qarabağ” evdə revanş alaraq pley-offa yüksəlib. “Dinamo” üçün isə qitə yarışı erkən bitib.
