Azərbaycanın bədii gimnastı Fidan Qurbanlı Almaniyanın Frankfurt şəhərində keçirilən 42-ci dünya çempionatında mübarizə aparıb.
Futbolinfo.az xəbər verir ki, idmançı halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb və yarışın yekun sıralamasında 43-cü pillədə qərarlaşıb.
Dünya Gimnastika Federasiyasının (World Gymnastics) təqvimində yer alan mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir. Çempionat Frankfurtun məşhur Festhalle arenasında təşkil olunur.
