Rumıniya çempionatında 5-ci turun oyunları keçirilir.

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” bu həftə “Voluntari”nin qonağı olub. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb – 2:1.

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 81-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu qələbədən sonra “Petrolul” 9 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Shares: