“Qarabağ”ın yarımmüdafiəçisi Samuel Lobatonun futbolinfo.az saytına müsahibəsi

– Kiyev “Dinamo”sunu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində 2:0 məğlub edərək növbəti raunda keçdiniz. Matç haqqında düşüncələrin necədir?

– Bizim üçün əla oyun oldu. Klub, özümüz və azarkeşlər üçün əlimizdən gələni etdik. Eyni düşüncə ilə davam edirik. İlk oyunda qol vurmağa çalışdıq, bir neçə epizodumuz oldu, amma fərqlənə bilmədik. Bəxtimiz gətirmədi.

– Bu oyun sizdə qrup mərhələsinə düşmək üçün ümid yaratdı?

– Çalışmağa və inanmağa davam edə bilərik. Bu mentalitet və komanda ruhu bizim üçün hər şey deməkdir. Azarkeşlərimizin dəstəyi ilə isə hər şey daha asan olur. Düşünürəm ki, buna layiqik.

– İlk oyunda fərqli nə oldu ki, bu gün qalib gəldiniz?

– Dediyim kimi, orada da qol epizodu yaratmağa, qalib gəlməyə köklənmişdik. Amma alınmamışdı. Bu dəfə fərqli oldu və epizodlardan istidadə edib qalib gəldik.

– Oyuna sonradan daxil oldun. Öz oyunun barədə düşüncələrin necədir?

– Baş məşqçi məni komanda üçün daha vacib olduğunu düşündüyü məqamda meydana buraxır. Meydana daxil olanda isə hər şeyimi verirəm. Top qazanmağa, mübarizə aparmağa, oynamağa çalışıram. Mentalitetimiz də budur – həmişə komandaya maksimum səviyyədə kömək etməyə çalışmaq.

– Pley-offda Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcəksiz. Şansları necə dəyərləndirirsən?

– Bizim üçün bu, sadəcə daha bir oyundur. Komandamıza inanırıq və özümüzə güvənirik. Yaxşı futbol oynayırıq və hər iki oyunda qalib gələcəyimizə əminik.

AĞA

Shares: