Abdullah Zubir “Qarabağ”dan ayrılıb. O, karyerasını Qətərdə davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı vinger Ağdam klubunda 8 il davam edən macərasını müqaviləsinin başa çatmasına bir il qalarkən bitirmək qərarına gəlib. 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer olunan Zubir bunadan sonra “Əl-Şahaniya” klubunda çıxış edəcək.
Zubir yeni mövsümə başlamadan ayılmağı lazım bilib və yeni klubu ilə müqaviləni rəsmiləşdirmək üçün Qətərə gedib. “Qarabağ”ın da bu keçiddən qazanc əldə etməsi gözlənilir. Çünki onun klubla davam edən bir illik anlaşması var.
Mərkeş əsilli fransalı oyunçunun “Əl-Şahaniya” klubuna gedəcəyi haqda ilk xəbərlər hələ yaz aylarında ortaya çıxmışdı. Uzun sürən danışıqlar məhz indi nəticəsini verib. Zubir karyerasının sonunda daha yaxşı qazanmaq üçün bu addımı atıb. O, ilə 1,5 milyon avro qazanacağı iki illik müqavilə bağlayacaq.
“Qarabağ”da 369 oyuna 79 qol və 96 asistlə yadda qalan “10 nömrə” azarkeşlərin sevimli oyunçusu idi. Klubun onun vidasını tezliklə elan etməsi gözlənilir.
Xatırladaq ki, Zubirin Qətərə yollanması haqda ilk xəbəri sportal.az yayıb.
