Yığmamızı müdafiəçisi Toral Bayramov Türkiyə 1-ci Liqasında növbəti oyuna çıxıb. Onun formasını geydiyi “Bursaspor” 2-ci turda “Iğdır FK”nı 1:0 hesabı ilə məğlub edib. Qolu 16-cı dəqiqədə İheanacho vurub.

Bursa şəhər stadionunda keçirilən və 40 min azarkeşin izlədiyi matça Toral ehtiyat oyunçular skamyasında başlayıb. O, 70-ci dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.

“Bursaspor” yeni mövsümdə keçirdiyi hər iki oyunda qalib gəlib və hazırda 6 xal toplayaraq “Manisaspor”la birgə şərikli liderdir. Bayramov ilk turda da oyuna sonradan daxil olmuşdu.

Shares: