Ölkə futbolu

Koxalski Çempionlar Liqasının seçilənləri arasında

- Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Norveçin “Bodo-Qlimt” klubunun rusiyalı qapıçısı Nikita Haykin UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün Liqa mərhələsində ən çox seyv edən futbolçu olub. O, turnirdə keçirdiyi 8 oyunda 49 qurtarış edib.

Reytinqdə ikinci yerdə 41 seyvlə “Real”ın qapıçısı Tibo Kurtua qərarlaşıb. Üçüncü pilləni isə iki qolkiper bölüşür: Xeronimo Rulli (“Olimpik” Marsel) və Temirlan Anarbekov (“Kayrat”) – 36 seyv. Daha sonra 34 qurtarışla Çexiyanın “Slaviya” klubunun qapıçısı İndrix Stanek gəlir.

Üç qolkiper turnirdə 30 seyv edib. Bunlar “Qarabağ”ın qapıçısı Mateuş Koxalski, PSV-dən Matey Kovarj və “Kopenhagen”dən Dominik Kotarskidir. Bu göstərici üzrə ilk “10-luğ”u “Nyukasl”ın qapıçısı Nik Poup (28 seyv) və “Benfika”nın formasını geyinən Anatoli Trubin (27 seyv) tamamlayır.

Shares: