Bu gün “Neftçi” İdman Klubu tərəfindən Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində ağacəkmə aksiyası keçirilib.

Futbolinfo.az xəbər verir ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar təşkil olunan tədbirdə klubun rəhbərliyi və əməkdaşları, məşqçiləri, idmançıları, eləcə də klubun tanınmış yetirmələri – Hacı Əliyev, Taleh Məmmədov və İsa Rüstəmov iştirak ediblər. Aksiyada şam ağacları əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək, ictimaiyyətin diqqətini yaşıllıqların çoxaldılmasına və qorunmasına yönəltmək, eləcə də bu kompleksdə idmanla məşğul olan yüzlərlə yeniyetmə və gəncə təbiətə sevgi və qayğını aşılamaqdan ibarətdir.

BIoEE3rN 725A0023 - Futbolinfo.az
gCLdrKSD 725A0037 - Futbolinfo.az
peEUNP8k 725A0056 - Futbolinfo.az
tK3YVzpM 725A0063 - Futbolinfo.az
CMiaFmpe 725A0070 - Futbolinfo.az
D7S0cJLz 725A0089 - Futbolinfo.az
725A0092 - Futbolinfo.az
vEhsPy2e 725A0107 - Futbolinfo.az
JeadWhaC 725A0110 - Futbolinfo.az
19Bvo665 725A0135 - Futbolinfo.az
rRcbddXP 725A0140 - Futbolinfo.az
y17ZkWZS 725A0141 - Futbolinfo.az
hFmLtLGA 725A0142 - Futbolinfo.az
ATG1qC3G 725A0163 - Futbolinfo.az
HXIgJt2z 725A0184 - Futbolinfo.az
9725A0153 - Futbolinfo.az
Shares: