Beynəlxalq Su İdmanı Federasiyası Rusiya və Belarusun üzvlüyünü tam bərpa etdiyini açıqlayıb. Bu barədə təşkilatın mətbuat xidməti tərəfindən dərc edilmiş açıqlamada bildirilir.
“Rusiya və Belarus da Dünya Su İdmanı Nizamnaməsinin 6-cı maddəsinə uyğun olaraq tam üzvlük hüquqlarını bərpa edirlər”, – deyə bəyanatda qeyd edilib.
Bundan sonra Rusiya və Belarus idmançıları təşkilatın himayəsi altında təşkil edilən beynəlxalq yarışlarda ölkələrinin bayrağını və himnini dalğalandıraraq iştirak edə biləcəkləri açıqlanıb. Əlavə edək ki, bütün bunların gerçəkləşməsi üçün idmançıların ən azı dörd xüsusi dopinq testindən keçmələri tələb olunacaq.






