İspaniya kubokunun final oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda “Real Sosyedad”la Madrid “Atletiko”su qarşılaşıb.

Görüşün əsas vaxtı 2:2 hesabıyla yekunlaşıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Real Sosyedad” kubokun qalibi olub.

San Sebastyan təmsilçisi 3-cü dəfə oxşar uğura imza atıb. Bu komanda 1986/87 və 1999/00 mövsümündə də kuboku qazanıb.

İspaniya kuboku
Final
18 aprel

Atletiko – Real Sosyedad 2:2 (penaltilər 3:4)
Qollar: Lukman, 18. X.Alvares, 83 – Barreneçea, 1. Oyarsabal, 45+1-pen.

Shares: