Misli Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün əvvəlcə “Karvan-Yevlax” “Şamaxı”nı qəbul edəcək. Yevlaxda keçiriləcək oyunun baş hakimi Emin Əliyev olacaq.
Turun mərkəzi oyununda isə “Qarabağ” lider “Sabah”ı sınağa çəkəcək. Çempionluq yolunda böyük önəm daşıyan bu görüşü Elçin Məsiyev idarə edəcək.
Daha öncə “Araz-Naxçıvan” “Turan Tovuz”a uduzub (0:3), “Zirə” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
28-ci tur
18 aprel
“Karvan-Yevlax” – “Şamaxı” 0:0 (1-ci hissə)
Hakimlər: Emin Əliyev, Zeynal Zeynalov, Müslüm Əliyev, Rəşad Əhmədov
Yevlax şəhər stadionu, 15:30.
Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 8. Peter Kinqs, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Fizuli Məmmədov.
Şamaxı: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 8. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 2. Abdulla Rzayev, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.





