Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə “Holştayn Kil”in qonağı olub.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.

Mahir əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.

Shares: