Basketbol üzrə Avroliqa turnirinin müntəzəm mövsümü 5 oyunla başa çatıb.

Litvada “Jalgiris” Paris komandasını məğlubiyyətə uğradıb – 85:79. “Monako” isə “Hapoel”i 105:85 hesabı ilə darmadağın edib. Blossomgeym oyunu 30 xalla başa vurub.

İki ispan komandası gecəni qələbəylə başa vurub. “Valensiya” “Dubay”ı (95:85), “Barselona” isə “Bayern”i (95:69) məğlubiyyətə uğradıb. Yunanıstanda “Panatinaikos” “Anadolu Efes”i 97:62 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni təmin edib.

Beləliklə, “Olimpiakos”, “Valensiya”, “Real”, “Fənərbağça”, “Jalgiris”  və “Hapoel” pley-off mərhələsinə adlayıb. “Panatinaikos”, “Monako”, “Barselona” və “Srvena Zvezda” pley-ində mübarizə aparacaqlar.

Pley-in mərhələsinin oyunları gələn həftə keçiriləcək. Pley-offa isə aprelin 28-də start veriləcək. Hələlik pley-off mərhələsində iki cütlük məlumdur. “Fənərbağça” “Jalgiris”lə, “Real” isə “Hapoel”lə qarşılaşacaq. Seriya 3 qələbəyə qədər davam edəcək. Ev üstünlüyü daha yüksək pillədə qərarlaşan komandalara məxsusdur.

Shares: