“Neftçi” bu gün Misli Premyer Liqasının 28-ci turunda “Zirə”nin qonağı olub.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın məşqçisi Vitali Vernidubun mətbuat konfransı keçirilib. Ukraynalı çalışdırıcı 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Yaxşı oyun oldu. Çünki belə oyunlar Azərbaycan çempionatının səviyyəsini qaldırır. Hər iki komanda intensiv oynadı. Düşünürəm ki, azarkeşlər üçün də maraqlı oldu.

Oyunun əksər hallarında dominantlıq etdik. “Zirə” bəzən üstünlüyü ələ keçirirdi. Məşqçilərlə də danışdım ki, belə oyun komandanın fiziki durumuna da yaxşı təsir edir. Oyunçulardan istəyimiz də belə çıxış sərgiləməsidir. Son dəqiqələrə gəldikdə isə, baxarıq, araşdırarıq ki, niyə belə hallar olur. Baş verənlərlə bağlı geniş şərh vermək istəmirəm.

Bu gün oynadığımız komanda keyfiyyətli komanda idi. Mövqeləri onlara biz vermirdik, özləri alırdı”.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub oyunun sonunda qırmızı vərəqə aldığı üçün mətbuat konfransında iştirak etməyib.

Shares: