“PlanetF1”in verdiyi məlumata görə, Formula 1 komandalarının dəyəri son illərdə kəskin şəkildə artıb və hazırda 1 milyard dollardan çoxdur.
Hesablamalar zamanı komandaların maliyyə göstəriciləri, son sövdələşmələr, üçüncü tərəf analitiklərinin hesabatları və sənaye mənbələri nəzərə alınıb.
1. Ferrari — 7,1 milyard dollar
2. Mersedes — 6,4 milyard dollar
3. Maklaren — 5,2 milyard dollar
4. Red Bull — 4,9 milyard dollar
5. Aston Martin — 3,3 milyard dollar
6. Vilyams — 2,6 milyard dollar
7. Alpin — 2,6 milyard dollar
8. Audi — 2,6 milyard dollar
9. Reysinq Bulls — 2,4 milyard dollar
10. Haas — 1,9 milyard dollar
11. Kadillak — 1,6 milyard dollar
2020-ci ildə bu komandaların bir çoxunun dəyəri xeyli aşağı idi. Məsələn, “Ferrari” təxminən 2 milyard, “Maklaren” 740, “Vilyams” isə cəmi 120 milyon dollar dəyərində idi.
Formula 1 komanda dəyərlərinin artması çempionat daxilindəki sistemli dəyişikliklərin birbaşa nəticəsidir. “Konkord Sazişi”nin imzalanmasından və büdcə məhdudiyyətlərinin tətbiqindən sonra komandaların maliyyə vəziyyəti sabitləşib.
Qeyd olunur ki, artım potensialı hələ tükənməyib. Çempionat ABŞ da daxil olmaqla müəyyən bazarlarda maksimum mənfəət əldə etmir və mövcud tendensiyalar davam edərsə, komandaların dəyərləri 10 milyard dollara yaxınlaşa bilər.






