Azərbaycanda daha bir komanda yarışlardan uzaqlaşdırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Belə ki, U-12 Liqasında keçirilməli olan “Şorsu” (Şəki) – “Alfa” (Zaqatala) matçı birincilərin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.

Bu hal mövsümdə 3-cü dəfə təkrarlandığı üçün “Şorsu” yarışdan kənarlaşdırılıb.

Shares: