Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Futbolinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Çiloğluna qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub edib.

Bununla da Hidayət Heydərov ən azı gümüş medalı özü üçün təmin edib.

Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Shares: