DH Volley” (“Demirören Holdinq”) komandası gənclər arasında idmana marağın artırılması, voleybolun daha geniş auditoriyaya çatdırılması və sağlam nəslin yetişdirilməsi məqsədilə Bakıda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində sosialyönümlü layihə həyata keçirib.

Futbolinfo.az xəbər verir ki, layihə çərçivəsində məktəbin həyətində müasir standartlara uyğun açıq voleybol meydançası inşa olunub.

Meydança yumşaq örtük, tor, dirəklər və zəruri idman avadanlıqları ilə tam təchiz edilib. Şagirdlərin oyunları rahat şəkildə izləyə bilmələri üçün tribunalar qurulub və oturacaqlar yerləşdirilib. Eyni zamanda, şagirdlərin voleybola aktiv cəlb olunmasını təşviq etmək məqsədilə onlara voleybol topları və iki hissəli forma dəstləri təqdim edilib.

Bununla yanaşı, şagirdlərin idman atmosferini daha yaxından hiss etmələri üçün onların oyun məkanlarına xüsusi nəqliyyat vasitələri ilə daşınması təşkil olunur. Bu təşəbbüs şagirdlərə peşəkar yarış mühitini hiss etməyə imkan yaradır, onların idmana marağını artırır, komanda ruhunu və motivasiyanı gücləndirir. Tədbirlərdən sonra şagirdlərin təhlükəsiz şəkildə məktəbə geri qaytarılması da təmin edilir.

Layihə yalnız şagirdlərin fiziki inkişafını deyil, həm də sosial bacarıqlarının formalaşmasını hədəfləyir. Bu təşəbbüs onların ünsiyyət qurmalarına, özünəinamlarının artmasına və sağlam həyat tərzi sürmələrinə töhfə verir.
“DH Volley” komandasının rəhbərliyi bildirir ki, bu kimi layihələr yalnız bu günü deyil, gələcəyi də formalaşdırır. İdmanla məşğul olan gənclərin cəmiyyətin inkişafında mühüm rol oynayacağı vurğulanır.

Layihənin gələcəkdə daha çox şagirdi əhatə etməsi və müxtəlif təhsil müəssisələrində də həyata keçirilməsi planlaşdırılır.

2d65339b 572c 4fd2 8b72 f677fa963e7c - Futbolinfo.az
3f8b9053 c291 4862 8776 9994e06f3cea - Futbolinfo.az
5fe495f9 b492 43d3 a8a8 57e546873802 - Futbolinfo.az
48f11e71 9131 4a9d bb66 9b4d6c78ce2a - Futbolinfo.az
9803d938 673d 48bc 85a0 732eb01ffab4 - Futbolinfo.az
21607806 9c3c 4276 924d fe1410173abd - Futbolinfo.az
ac2eb525 978e 457d 95f1 3b20789612ca - Futbolinfo.az
b58af4a7 b77f 436a 9fff c927ec4f0f2e - Futbolinfo.az
Shares: