“Neftçi” və “Zirə”nin sabiq futbolçusu Cavid Hüseynov keçmiş klublarının bu gün bir-birilə keçirəcəyi oyundan danışıb.
O, futbolinfo.az-a açıqılamasında avrokubok yolunda vacib olan matçda şansları 50-50-yə dəyərləndirib: “Neftçi” son zamanlar yaxşı çıxış edir. Hiss olunur ki, komanda həm inkişafdadır, həm də futbolçular bir-birini yaxşı başa düşür. Bu da nəticələrin yaxşılaşmasına səbəb olur. “Zirə”nin “Sabah”la matçdakı çıxışını unutmaq olmaz. Çox yaxşı oynamışdılar. Üstəlik, avrokuboklara daha yaxın olmaq baxımından bu matç onlar üçün də vacibdir. Komandaların şansları 50-50-yədir. Çox sürətli oyun gedəcəyini düşünürəm. Çünki heç bir komanda uduzub vəziyyətini pisləşdirmək istəmir.
Hər iki komanda kollektiv futbol oynayır. Xüsusilə hansısa oyunçuların tək rol oynayacağını düşünmürəm. Çünki elə bir oyunçu ağlıma gəlmir. Kollektiv olaraq kim daha yaxşı oynasa, qalib gələcək”.
Qeyd edək ki, “Zirə” – “Neftçi” matçı bu gün saat 19:30-da başlayacaq.






