Serbiyalı tennisçi Novak Cokoviç Madriddə keçiriləcək “Masters” turnirində iştirak etməyəcəyini açıqlayıb.
“Təəssüf ki, Madriddə bu il yarışa bilməyəcəm. Tezliklə qayıtmaq üçün müalicə prosesimi davam etdirirəm. Uğurlar!”, – deyə Cokoviç sosial mediada yazıb.
38 yaşlı tennisçinin son turniri mart ayında “Indian Vells Masters” olub və o, dördüncü raundda britaniyalı Cek Dreyperə 6:4, 4:6, 6:7 (5:7) hesabı ilə uduzub.
Cokoviç hazırda ATP reytinqində dördüncü yerdədir. Madrid turniri 22 aprel – 3 may tarixləri arasında keçiriləcək.
İki gün əvvəl ispaniyalı Karlos Alkaras da Madrid turnirindən çəkildiyini açıqlayıb.






