Ozan Kabak Bundesliqada oynamağa davam edəcək. Türkiyə millisinin üzvü “Hoffenhaym”la yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi hazırkı müqaviləsinin müddətini 2030-cu ilin yayınadək uzadıb. 4 ildir bu komandada çıxış edən Ozanın anlaşması cari mövsümün sonunda bitirdi.
“Qalatasaray” yetirməsi “Ştutqart”, “Liverpul”, “Norviç” və “Şalke”də çıxış edib. O, 2022-ci ildə Gelzenkirhen klubundan azad agent kimi ayrılmışdı.






