Nyu-Cersi ştatının qubernatoru Mayki Şerril FIFA-dan 2026-cı il Dünya Çempionatı zamanı azarkeşlərin nəqliyyat xərclərini ödəməsini tələb edib.

Bir neçə gün əvvəl “The Athletic” qəzeti Nyu-Cersinin ən böyük nəqliyyat şirkəti olan “NJ Transit”in Dünya Çempionatı zamanı Nyu-Yorkun Penn Stansiyasından “MetLife” stadionuna biletlərin qiymətini 100 dollara qaldırmağı planlaşdırdığını bildirmişdi.

Bu biletlərin qiyməti adətən 12,90 dollardır. Bundan əlavə, 2026-cı il Dünya Çempionatı zamanı uşaqlar, yaşlı vətəndaşlar və əlilliyi olan sərnişinlər də daxil olmaqla müəyyən kateqoriya vətəndaşlar üçün endirimlər ləğv ediləcək.

“FİFA-nın qanunlarına görə nəqliyyata bir dollar da kömək edilmir. “NJ Transit” azarkeşləri matçlara təhlükəsiz şəkildə daşımaq üçün 48 milyon dollar xərcə düşür, FİFA isə bundan 11 milyard dollar qazanacaq.

Mən Nyu-Cersi sakinlərini uzun illər bunun üçün pul ödəməyə məcbur etməyəcəyəm. FIFA səfərlərin pulunu ödəməlidir. Əgər ödəmək istəməsələr, Nyu-Cersinin bunu etməsinə icazə verməyəcəyəm”, – deyə Şerril “Twitter”də yazıb.

Shares: