“Liverpul”un Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununda zədələnən futbolçusu Huqo Ekitikenin durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Müayinədən sonra forvardın axilles vətərindən zədə aldığı müəyyənləşib. Ekitike mövsümünün qalan hissəsində oynamayacaq. “Liverpul” 23 yaşlı hücumçunun DÇ-2026-da Fransa millisinə kömək edə bilməyəcəyini də vurğulayıb.
Ekitike cari mövsümdə 45 matça çıxıb, 17 qol vurub və 6 qolun ötürməsini verib.





