Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb. Sözügedən komanda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb.

Görüş “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 3:0. Nəriman oyuna start heyətdə başlayıb və sona qədər oynayıb. O, ilk qolun vurulmasında iştirak edib. Belə ki, Axundzadə – Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

“Kolumbus” qələbə sayəsində 1/8 finala yüksəlib. Burada rəqib “One Knoksvill” olacaq. Aprelin 30-da keçiriləcək matçda Nərimanın komandası ev sahibi olacaq.

Shares: