Alvaro Arbeloanın taleyi bəllidir. “Real” mövsümün gedində müvəqqəti baş məşqçi kimi güvəndiyi hənc çalışdırıcı ilə yolları ayıracaq.

Futbolinfo.az xəbər verir ki, madridlilər La Liqada liderdən xeyli uzaq düşüb. Dünən isə Çempionlar Liqasında “Bayern”ə məğlubiyyət reallaşdı. Rəhbərlik titulsuz qalmağı Arbeloaya bağışlamayacaq.

Məşqçi özü də gedəcəyini anlayır. O, münhenlilərlə matçdan sonra deyib: “Bu məğlubiyyətdə hakimlərin rolu oldu – onlar oyunu məhv etdi. Eduardo Kamavinqaya verilən qırmızı vərəqə ədalətsiz idi. Hakim oyunun ağırlığını anlamalı, belə sərt qərar verməməli idi. Artıq sabaha baxmalıyıq. Mən taleyimdən narahat deyiləm. “Real”da uğur qazanmağa məhkumsan, bunu bacarmadınsa getməlisən. Mən bu klubun adamıyam, hər şeyə hazıram”.

“Real”ın Yürgen Klopp və ya Fransa yığmasından ayrılacaq Didye Deşamdan birinə tapşırılacağı gözlənilir.

Shares: