Bu gün UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək. Buna turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gələcək.

“Selta” evdə “Frayburq”dan 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqsa, “Aston Villa” səfərdə qazandığı üstünlüyü qorumaq niyyətindədir. Digər oyunlar daha gərgin mübarizə vəd edir. İlk oyunlar bərabərliklə başa çatdığından, həm İspaniyada, həm də İngiltərədə maraqlı duellər izləyəcəyik.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20:45. “Selta” (İspaniya) – “Frayburq” (Almaniya)

İlk oyun – 0:3

23:00. “Betis” (İspaniya) – “Braqa” (Portuqaliya)

İlk oyun – 1:1

23:00. “Nottinqem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya)

İlk oyun – 1:1

23:00. “Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya)

İlk oyun – 3:1

Shares: