Avropanın milli çempionatlarında cari mövsüm ən az qol buraxan klubların orta göstəricisi açıqlanıb.

Futbolinfo.az saytının məlumatına görə, Misli Premyer Liqasının 3 klubu ilk “50-liy”ə düşüb.

“Qarabağ” çempionatın ikinci pilləsində qərarlaşsa da, müdafiəsinin etibarlılığına görə hamını qabaqlayır. Qurban Qurbanovun yetirmələri 26 matçda 18 qol buraxıb. Orta hesabla hər matçda 0,69 qol düşür. Bu göstərici ilə ağdamlılar Avropanın 32-ci pilləsində qərarlaşır.

“Turan Tovuz”da bu rəqəm 0,70-ə bərabərdir. Tovuz təmsilçisi 27 qarşılaşmada 19 dəfə mərkəzə dəvət edilib.

Premyer Liqanın lideri “Sabah” isə bu göstəricidə ən yaxşı üçüncü klubumuzdur. Qəsəbə təmsilçisi 27 görüşdə 21 qol buraxıb ki, bu, orta hesabla hər oyuna 0,77 top deməkdir. “Sabah” bununla Avropanın ən yaxşı müdafiə xəttinə malik 50-ci komandasıdır.

Shares: