“Sabah”ın hücumçusu Coy-Lens Mikels 2025-26 mövsümündə ölkə çempionatlarında ən çox qol vuran almaniyalı futbolçu ünvanını ələ keçirib.

Futbolinfo.az saytının məlumatına görə, 32 yaşlı forvard Misli Premyer Liqasında qol sayını 18-ə çatdırmaqla dünyanın ən məhsuldar almaniyalı oyunçusuna çevrilib.

Mikels son olaraq ölkə çempionatının 27-ci turunda “Zirə” (2:2) ilə görüşdə fərqlənib. O, “Ştutqart”ın üzvü Deniz Undavla zirvəni bölüşür. Türkiyə əsilli oyunçu Almaniya Bundesliqasında 25 oyunda bunu bacarıbsa, Mikelsə 21 matç kifayət edib.

“Araz-Naxçıvan”ın almaniyalı hücumçusu Ba-Muaka Simakala isə cari mövsüm çempionatda 8 dəfə fərqlənib. Onunla yanaşı, Dortmund “Borussiya”sından Maksimilian Beyer və “Bayern”dən Serj Qnabri də eyni sayda qol vurub. Adıçəkilən futbolçular 15-ci yeri bölüşürlər.

Shares: