Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları baş tutacaq.
Yarımfinalçıların müəyyənləşdiyi gündə “Alkmaar” “Şaxtyor”unu qəbul edəcək. Niderland klubu kimi “Fiorentina” və AEK də səfərdəki darmadağının əvəzini çıxmağa çalışacaq. Onlarla müqayisədə “Strasburq” daha kiçik fərqi aradan qaldırmalıdır.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları
20:45. “Alkmaar” (Niderland) – “Şaxtyor” (Ukrayna)
İlk oyun – 0:3
23:00. “Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə)
İlk oyun – 0:3
23:00. AEK (Afina, Yunanıstan) – “Rayo Valyekano” (İspaniya)
İlk oyun – 0:3
23:00. “Strasburq” (Fransa) – “Maynts” (Almaniya)
İlk oyun – 0:2






