“Mançester Siti” 40 milyon avroluq transferə hazırlaşır. İngiltərə klubu bu məbləği 16 yaşlı Eduardo Konseysao üçün xərcləyəcək.

Futbolinfo.az xəbər verir ki, “Palmeyras”ın gənc istedadı hələ karyerası ərzində bir rəsmi oyuna çıxmayıb. Amma onun yaşıdları arasındakı yarışlarda çıxışı “şəhərlilər”in diqqətini çəkib.

Klublar arasında danışıqlar başa çatıb. Braziliya təmsilçisi yetirməsini buraxmağa hazırdır. Lakin Konseysaonun Avropaya köçməsi üçün 2027-ci ilin yayını, yəni oyunçunun 18 yaşına girməsini gözləmək lazım olacaq.

Shares: