“Karvan-Yevlax”ın niderlandlı müdafiəçisi Şakil Snonun futbolinfo.az saytına müsahibəsi

  • 27-ci turda “Kəpəz” üzərində 4:1 hesablı qələbə qazandınız. Bu hesab sizin üçün gözlənilməz olmadı? Rəqibi əsas hansı komponentlərdə üstələdiyinizi düşünürsünüz?
  • Biz bilirdik ki, bu oyunu qazanmalıyıq. Görüş ərzində yaxşı imkanlar yaratdıq və onları qola çevirdik. Bunun da sayəsində inamlı qələbə əldə etdik.
  • Böyükhesablı qalibiyyət komandada özünəinam hissini bərpa etdi? Bu qələbə komandanın üzərindəki psixoloji gərginliyi azaldacaqmı?
  • Əlbəttə, bu qələbə bizim psixoloji vəziyyətimiz üçün yaxşıdır. Uzun müddətdir qalib gələ bilmirdik. Demək olar ki, qalibiyyət hissini unutmuşdum.
  • Növbəti oyununuz şənbə günü Yevlaxda “Şamaxı”ya qarşı olacaq. Şansları necə dəyərləndirirsiniz? Qələbənin ardı gələcək?
  • Düşünürəm ki, bu oyunu qazanmaq üçün yaxşı şansımız var. Hamımız əlimizdən gələni etsək, 3 xal Yevlaxda qalacaq.
  • Sizə görə, “Karvan-Yevlax”ın indiki halda Premyer Liqada qalmaq şansı nə qədərdir?
  • Hazırda çətin vəziyyətdəyik. İstəyimizə çatmaq asan olmayacaq, amma heç nə mümkünsüz deyil. Hələ də liqada qala biləcəyimizə inanıram. Hər oyun bizim üçün final kimidir.
  • Azərbaycan Premyer Liqası bunadək oynadığınız liqalardan nə ilə fərqlənir?
  • Liqadakı səviyyə ümumilikdə yaxşıdır. Mənim üçün əvvəl oynadığım liqalarla müqayisədə böyük fərqlərdən biri azarkeşlərdir. Azarkeşlərin olduğu stadionda oynamaq həmişə xoşdur. Onlara yaxşı vaxt və zövq bəxş etmək istəyirsən.
  • “Karvan-Yevlax”la müqaviləniz cari mövsümün sonunda başa çatır. Başqa klublardan təkliflər gəlirmi? Növbəti mövsümdə də sizi Azərbaycanda görə bilərik, yoxsa yayda fərqli ölkəyə köçməyi planlaşdırırsınız?
  • Yaxşı sualdır. Gələn mövsüm Azərbaycanda olub-olmayacağımı deyə bilmərəm. Əslində, özümü Azərbaycanda yaxşı hiss edirəm. Qərar məndən asılı olsa, gələn mövsüm də burada qala bilərəm. Nə baş verəcəyini birlikdə görəcəyik.

CAVAD

Shares: