Misli Premyer Liqasının 28-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunu tərəflərin yubiley qarşılaşması olacaq.

Futbolinfo.az saytının məlumatına görə, komandalar ölkə çempionatında 50-ci dəfə üz-üzə gələcək.

100-ün yarılanacağı duel öncəsi “Qəbələ” böyük üstünlüyə malikdir. Belə ki, əvvəlki 49 matçın 25-də qələbə qazanan “qırmızı qaralar” yalnız 9 dəfə xalsız qalıb. Bu, top fərqində də özünü aşkar büruzə verir – “Qəbələ” 71, “Sumqayıt” 39 qolla yadda qalıb. Lakin artıq 6 oyundur, yəni 3 ildir “gənclik şəhəri” təmsilçisi rəqibinə uduzmur. “Qəbələ” hətta son 5 matçda qol da vura bilməyib.

Qeyd edək ki, aprelin 19-da Mehdi Hüseynzadə adın Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 18:00-da səslənəcək.

Shares: