Basketbol üzrə Avroliqa turnirinin son turunda keçirilən “Real” – “Srvena Zvezda” oyunu məşhur idmançıların maraq dairəsində olub. Madriddəki oyunu tribunalardan Luka Donçiç və Novak Cokoviç də izləyiblər.

Xatırladaq ki, Donçiç vaxtilə  “Real”da oynayıb və onunla birlikdə 2018-ci ildə Avroliqanın qalibi olub. Həmçinin basketbolçu turnirin MVP-si seçilib. Cokoviç isə öz növbəsində “Srvena Zvezda” azarkeşi kimi tanınır və tez-tez onların oyunlarına qatılır.

Donçiç hazırda İspaniyadadır və aprelin əvvəlində aldığı 2-ci dərəcəli bud əzələsi xəsarətindən sonra müailcə kursu keçir.

Shares: