Basketbol üzrə Avroliqa turnirində son turun oyunlarına start verilib.

İlk oyun günündə 5 görüş baş tutub. Lider “Olimpiakos” evdə İtaliyanın “Olimpiya” komandasına qalib gələrək (85:76) birinci yeri rəsmiləşdirib.

Digər oyunlardakı nəticələr belədir:

ASVEL – Fənərbağça 76:81

Makkabi – Virtus 85:89

Partizan – Baskoniya 91:79

Real – Srvena Zvezda 103:82

İspaniyanın “Valensiya” komandası 24 qələbə və 13 məğlubiyyətlə ikinci yerdədir. “Real” isə 24 qələbə və 14 məğlubiyyətlə üçüncü yerdə qərarlaşıb. “Fənərbağça” hazırda 4-cü yerdə olsa da, “Hapoel” qələbə qazanacağı halda 5-ci yerə düşəcək.

Shares: