Bu il tennis üzrə “Rolan Qarros” turnirinin təşkilatçıları Parisdə keçiriləcək yarışın mükafat fondunu açıqlayıblar. Bu məbləğ ötən illə müqayisədə 9,53% artaraq 61,7 milyon avro təşkil edəcək.

Tennisçilər nəticələrindən asılı olaraq aşağıdakı qaydada mükafatlandırılacaqlar.

Əsas yarış (Tək yarışlar):

Titul: 2,8 milyon avro (2025-ci ildə: 2,55 milyon avro);

Final: 1,4 milyon avro (1,275 milyon avro);

Yarımfinal: 750 000 avro (690 000 avro);

1/4 final: 470 000 avro (440 000 avro);

Dördüncü raund: 285 000 avro (265 000 avro);

Üçüncü raund: 187 000 avro (168 000 avro);

İkinci raund: 130 000 avro (117 000 avro);

Birinci raund: 87 000 avro (78 000 avro).

Seçmə mərhələ (Təklər):

Final: 48 000 avro (43 000 avro);

İkinci raund: 33 000 avro (29 500 avro);

Birinci raund: 24 000 avro (21 000 avro).

Shares: