Arsen Venger “Arsenal”ın çempion olacağına inanır. Fransalı mütəxəssis “Mançester Siti”nin İngiltərə Premyer Liqasında hədəfə çatmayacağına əmindir.
Futbolinfo.az xəbər verir ki, londonlulara sonuncu çempionluğu qazandıran Venger hazırkı durumun komandanı qızıl medallara doğru apardığını deyir: “Arenal”ın mövsümü zirvədə başa vuracağına inanıram. Buna həm ümidim, həm də inamım var. Məncə, belə olması daha məntiqlidir, çünki “topçular” mövsüm boyunca ilk pillədə qərarlaşıb. “Mançester Siti”nin mükəmməl sonluğa nail olacağına şübhə edirəm”.
Xatırladaq ki, hazırda “Arsenal” mançesterliləri 3 xal qabaqlayır. Amma “şəhərlilər” rəqibi ilə müqayisədə bir oyun az keçirib.






