Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, qitə birinciliyinin üçüncü günündə 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb.

Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bundan öncə yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87 kq.) bürünc medal qazanıblar.

Shares: