“Arsenal” komandası İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, “topçular” buna 34-cü turda “Nyukasl”ı məğlub etdikləri (1:0) matçda nail olub.
London təmsilçisi çempionatda künc zərbələrindən vurulan qollara görə rekord müəyyənləşdirib. Komandanın cari mövsümdə 17 belə qolu var.
Daha əvvəl “Oldhem” (1992/1993), “Vest Bromviç” (2016/2017) və “Arsenal” (2023/2024) bir mövsümdə künc zərbələrindən 16 dəfə fərqləniblər.
Xatırladaq ki, “Arsenal” hazırda Premyer Liqada 73 xalla liderdir.






