Misli Premyer Liqasında 29-сu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, mərkəzi oyunda “Neftçi” “Qarabağ”la qarşılaşıb.

Azərbaycan derbisini Tural Qurbanov idarə edib. Altı qolluq oyunda Ağdam təmsilçisi darmadağına sevinib.

Daha öncə “İmişli” “Sumqayıt”a 0:2 hesabıyla uduzub, “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib (1:1), “Şamaxı” “Kəpəz”ə qalib gəlib – 2:0. “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Karvan-Yevlax” matçları sabah keçiriləcək.

Misli Premyer Liqası
29-cu tur

26 aprel

“Neftçi” – “Qarabağ” 1:5
Qollar: Elvin Bədəlov, 20 – Musa Qurbanlı, 9; 32. Xoni Montiel, 38. Leandro Andrade, 68. Emmanuel Addai, 90+3.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
“Palms Sports Arena”, 19:00.

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 6. Sessi Dalmeyda, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Vitali Vernidub.
Qarabağ: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: