Tennis üzrə 125-ci dəfə keçiriləcək Fransa Açıq Çempionatı mayın 18-dən iyunun 7-nə qədər davam edəcək. Mövsümün ikinci “Böyük dəbilqə” turnirindəki qarşılaşmalar Paris şəhərindəki “Roland Garros” kompleksinin torpaq kortlarında oynanılacaq.

Təşkilatçılar turnirin mükafat fondunu açıqlayıblar. Yarışın ümumi mükafat fondu ötən illə müqayisədə 9,53% artmaqla 61,7 milyon avro təşkil edəcək.

Seçmə mərhələ:

Birinci Raund – 24.000 avro

İkinci Raund – 33.000 avro

Final – 48.000 avro

Əsas mərhələ:

Birinci Raund – 87.000 avro

İkinci Raund – 130.000 avro

Üçüncü Raund – 187.000 avro

Dördüncü Raund – 285.000 avro

1/4 final – 470.000 avro

Yarımfinal – 750.000 avro

Final – 1.4 milyon avro

Çempion – 2.8 milyon avro

Shares: