Braziliyalı Çarlz Oliveyranın məşqçisi Dieqo Lima idmançının UFC ilə səkkiz döyüşdən ibarət yeni müqavilə imzaladığını açıqlayıb.

“Bu, hər cəhətdən fantastik bir razılaşmadır. Çarlzın 40 yaşına qədər döyüşlərimiz planlaşdırılıb. Ona görə də onun karyerasını bitirəcəyini deyənlər xeyli gözləməlidirlər”, – deyə “Championship Rounds”a müsahibədə Lima bildirib.

36 yaşlı Oliveyranın MMA-da 48 döyüş keçirib və onlardan 37-də qalib gəlib. Braziliyalı son 4 döyüşün üçündə qələbə qazanıb. Mart ayında o, UFC 326-da keçirilən əsas yarışda amerikalı Maks Holloveyi məğlub edərək BMF tituluna yiyələnib.

Shares: