“Sabah” Timoteuş Puxaçın transferi üçün Almaniya 2-ci Bundesliqa təmsilçisi “Holştayn Kiel”ə müraciət etməyib. Bu barədə futbolinfo.az saytına alman klubunun idman direktoru Olaf Rebbe məlumat verib.

O bildirib ki, Azərbaycan klubu istəsə, bu barədə danışıq apara bilərlər: “Hazırda onlar tərəfindən müraciət yoxdur. Ümumiyyətlə, onu transfer etmək istədiklərini də bilmirəm. Əgər istəsələr, razılaşmadan asılıdır. Transfer məbləği ilə bağlı razılığa gəlsək, ola bilər”.

Qeyd edək ki, Puxaç 2025-ci ilin yayından “Sabah”da çıxış edir. Polşalı futbolçu Azərbaycan təmsilçisində icarə əsasında oynayır. O, Masazır klubunun heyətində 23 oyun keçirib.

Shares: