Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev “Kəpəz”in futbol akademiyasına baş çəkib.
Futbolinfo.az xəbər verir ki, görüşdə klub rəsmiləri, komandanın məşqçilər heyəti və futbolçular iştirak ediblər.
Əvvəlcə Teymur Hacıyevə Akademiyanın infrastrukturu və fəaliyyəti barədə məlumat verilib, mövcud şəraitlə yaxından tanışlıq olub. Daha sonra Baş Polis İdarəsinin rəisi komanda üzvləri ilə görüşərək onlarla söhbət edib.
Görüş zamanı polis general-mayoru futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb, onlara həm idmanda, həm də şəxsi həyatlarında müvəffəqiyyətlər diləyib. O, hər zaman “Kəpəz” klubunun yanında olduğunu bildirib.






