Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri davam edir.
Futbolinfo.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 9 idmançısı qələbə qazanıb.
Qız boksçuların mübarizəsində Aysel Fərəcova (46 kq) Diana Aytbayevanı (Qazaxıstan, 3:2), Aysan Miriyeva (46 kq) Elene Qremelaşvilini (Gürcüstan, 5:0), Tunca Mürşüdova (50 kq) Sevana Ağalını (Azərbaycan, 4:1), Aynur Vəlizadə (63 kq) Aylan Rəşidzadəni (Azərbaycan, tam üstünlüklə qələbə) məğlub edib.
Oğlan boksçuların yarışında isə Elcan Musazadə (54 kq) komanda yoldaşı Miraləm Nağıyevə 5:0, Tunar Mehdiyev (60 kq) Samir Rüstəmova 3:0, Oğuz İbrahimli (60 kq) Mətləb Məmmədova 5:0, Yusif Məmmədli (66 kq) Yunus Qarazadəyə 4:1, Ərdəm Təkin (+80 kq) isə qazaxıstanlı Arsen Muratova 4:1 hesabı ilə qalib gəlib.
Bakı Boks Mərkəzində keçirilən turnirin ikinci günündə 31 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.






