“Neftçi” klubuna tətbiq olunan transfer qadağası aradan qaldırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O bildirib ki, transfer qadağasının aradan qaldırılması ilə bağlı bütün prosedurlar tamamlanıb və klubun hər hansı borc öhdəliyi yoxdur:

Xatırladaq ki, daha əvvəl FIFA tərəfindən “Neftçi”yə transfer qadağası tətbiq olunmuşdu. Klubdan verilən açıqlamada buna səbəb kimi texniki gecikmə nəticəsində yaranmış ödəniş problemi göstərilmişdi.

Shares: