Portuqaliyalı futbolçu Kanselo Avropanın ən yaxşı beş liqasından dördünü qazanan ilk futbolçudur.

Portuqaliyalı müdafiəçi bu nailyyəti dünən əldə edib. O, “Barselona” ilə İspaniyada çempionluq titulunu qazanıb.

31 yaşlı Kanselo karyerası ərzində “Mançester Siti” ilə Premyer Liqa, “Yuventus” ilə A Seriyası və “Bayern”lə Bundesliqa çempionluqlarına da yiyələnib.

Bundan başqa o, həmçinin “Benfika” ilə Portuqaliya liqasında da çempion olub. Avropanın ən güclü beş liqası arasında onun yalnız Fransada titulu yoxdur.

Shares: